Rusiya İranı Ermənistan güllərinin reeksportunda şübhəli bilir
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) qurumu İran tərəfdən Rusiyaya ixrac olunan güllər üçün fitosanitar sertifikatların verilməsinin müvəqqəti dayandırılmasını xahiş edib.
Crossmedia.az xəbər verir ki, Rosselxoznadzor bəyan edib ki, İran mənşəli kimi rəsmiləşdirilən güllər xarici görünüşünə və qablaşdırılmasına görə Ermənistandan gətirilən məhsullara bənzəyir.
Qurumun məlumatına görə, söhbət Rusiyaya idxalı 22 may tarixindən etibarən qadağan edilən Ermənistan güllərinin mümkün reeksportundan gedir.
Məlumata əsasən, Ermənistan 2024-cü ildə Rusiyaya təxminən 25 milyon dollar dəyərində gül ixrac edib.
15:58 17.07.2026
Oxunuş sayı: 55