Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılmasını təxirə salıb
Yunanıstan Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) 21-ci sanksiyalar paketinin razılaşdırılmasını ölkənin Dynagas gəmiçilik şirkətinə mümkün təsirlərlə bağlı narahatlıqlar səbəbindən təxirə salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Afina yeni məhdudiyyətlərin Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasında ixtisaslaşmış yunan gəmiçilik şirkəti Dynagas-ın fəaliyyətinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Bildirilir ki, məhz bu narahatlıqlar səbəbindən Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin təsdiqlənməsi prosesini hələlik dəstəkləməyib.
15:46 17.07.2026
Oxunuş sayı: 54