Novosibirskdə leysan fəsad törətdi: avtomobil nəhəng çuxura düşdü
Rusiyanın Novosibirsk şəhərində güclü leysan yağışları küçələrin su altında qalmasına səbəb olub, yolda yaranan nəhəng çuxura isə bir avtomobil düşüb.
Crossmedia.az xəbər verir ki, güclü yağışlar nəticəsində şəhərin bir sıra küçələri və yolları su altında qalıb, genişmiqyaslı subasmalar qeydə alınıb.
Məlumata görə, yollardan birində torpağın çökməsi nəticəsində böyük çuxur əmələ gəlib. Hərəkətdə olan avtomobillərdən biri yaranmış çuxura düşüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar ərazidə bərpa və təhlükəsizlik tədbirləri həyata keçirirlər.
15:13 17.07.2026
Oxunuş sayı: 46