Robert Koçaryanın mandatı növbə üzrə Mesrop Manukyana keçəcək
Ermənistanın "Hayastan" ("Ermənistan") blokunun parlament mandatları seçki siyahısındakı ardıcıllığa uyğun bölüşdürüləcək və keçmiş prezident Robert Koçaryan mandat almayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə blokun deputatı Aqnesa Hamoyan **"Sputnik Armenia"**ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 9-cu çağırış Ermənistan Milli Assambleyasında "Hayastan" bloku 12 mandat qazanıb. Bu səbəbdən Robert Koçaryanın yerinə seçki siyahısında 13-cü olan Mesrop Manukyan deputat mandatı əldə edəcək.
Hazırda Mesrop Manukyan İrəvan Ağsaqqallar Şurasının üzvüdür.
14:42 17.07.2026
Oxunuş sayı: 53