Zaxarovadan gözlənilməz bəyanat: Aİ müharibəni daha da alovlandırır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqını Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə Rusiyaya qarşı hücumlarda istifadə olunan məhsulların istehsalı üçün hərbi sifarişlər yerləşdirməkdə ittiham edib.
crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, bununla belə, Avropada getdikcə daha çox ölkə Brüsselin Kiyevə qeyri-məhdud yardım siyasətini davam etdirə bilməyəcəyini açıq şəkildə etiraf edir.
Diplomat bildirib ki, Cənub-Şərqi Avropa ictimaiyyəti Qərbin planlarının mahiyyətini görür və bu planların regionu genişmiqyaslı münaqişəyə sürükləyə biləcəyindən narahatdır.
23:41 16.07.2026
Oxunuş sayı: 46