Tehrandan Vaşinqtona ağır ittiham: Müharibə alovunu yenidən yandırdılar
İran Xarici İşlər Nazirliyi ABŞ-ni atəşkəs memorandumu olmasına baxmayaraq ölkəyə zərbələri davam etdirməkdə və diplomatiyanı pozmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilib ki, Vaşinqton 14 bənddən ibarət memorandumdakı öhdəliklərə əməl etməyib və sənədin imzalanmasından cəmi 20 gün sonra hərbi əməliyyatları yenidən gücləndirib.
İran ABŞ-nin bu addımını müharibə və düşmənçilik alovunun yenidən qızışdırılması kimi qiymətləndirib.
ABŞ isə İran Xarici İşlər Nazirliyinin bu ittihamları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
22:58 16.07.2026
Oxunuş sayı: 67