Zaporojyedə bomba hücumundan sonra ölənlərin sayı artıb
Ukraynanın Zaporojye şəhərində idarəolunan aviasiya bombalarının zərbələri nəticəsində ölənlərin sayının üç nəfərə çatdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində dağıntılar yaranıb və xilasetmə işləri aparılır. Hadisə zamanı yaralananların olub-olmaması barədə əlavə məlumat verilməyib.
Rusiya bu məlumatla bağlı rəsmi açıqlama verməyib.
21:32 16.07.2026
Oxunuş sayı: 51