Ursula fon der Lyayen Kiyevdə hava hücumu zamanı gizləndi
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı hava hücumu siqnallarına görə sığınacağa getməli olub.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Euractiv˝ məlumat yayıb.
Məlumata görə, sirenlər Avropa Komissiyasının rəhbəri jurnalistlərin suallarını cavablandırdığı vaxt işə düşüb. Bundan sonra nümayəndə heyəti təhlükəsizlik tədbirləri çərçivəsində sığınacağa yönəldilib.
Hadisə fon der Lyayenin Ukraynaya səfəri zamanı baş verib.
21:16 16.07.2026
Oxunuş sayı: 58