Qazaxıstan və Çin arasında 15 milyard dollarlıq razılaşmalar imzalandı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya işgüzar səfəri çərçivəsində Çin şirkətləri ilə ümumi dəyəri 15 milyard dollardan çox olan 70-dən artıq kommersiya sazişi imzalanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşmalar süni intellekt və rəqəmsallaşma, nəqliyyat infrastrukturu, maliyyə, aqrar-sənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sahələri əhatə edir.
Bildirilib ki, imzalanan sazişlər Qazaxıstan və Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və texnoloji tərəfdaşlığın inkişafına yönəlib.
20:28 16.07.2026
Oxunuş sayı: 60