Yaxın Şərqdə gərginlik: İranın gizli planı üzə çıxdı
İranın Yəməndə fəaliyyət göstərən husilərə öz enerji infrastrukturuna hücum ediləcəyi təqdirdə Bab əl-Məndəb boğazını bağlamaq göstərişi verdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ agentliyi məlumat yayıb.
Husilərə yaxın mənbənin bildirdiyinə görə, Bab əl-Məndəb boğazı ərazisində raketlər və pilotsuz uçuş aparatları yerləşdirilib. Mənbə qeyd edib ki, boğazın bağlanması ilə bağlı hazırlıq işləri başa çatdırılıb və müvafiq əmrin verilməsi gözlənilir.
Bab əl-Məndəb boğazı Asiya, Afrika və Avropa arasında mühüm dəniz ticarət marşrutlarından biri hesab olunur.
19:11 16.07.2026
Oxunuş sayı: 56