Tramp: SEPAH İŞİD kimi məhv edilə bilər
ABŞ Prezidenti Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İŞİD terror təşkilatı ilə eyni ssenari üzrə məhv edilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Fox Business telekanalına müsahibəsində danışıb.
Jurnalistlərin Tehrana qarşı danışıqlardan imtina etməsinin SEPAH-ın tamamilə məhv edilməsi niyyətinə işarə edib-etmədiyi barədə sualını cavablandıran ABŞ Prezidenti bunun mümkün olduğunu təsdiqləyib.
Tramp qeyd edib ki, bundan sonrakı addımlar bölgədəki vəziyyətin inkişafından asılı olacaq.
17:24 16.07.2026
Oxunuş sayı: 53