Ukrayna PUA-ları Yaroslavl Neft Emalı Zavoduna zərbə endirib
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Yaroslavl Neft Emalı Zavoduna hücum edib.
Crossmedia.az xəbər verir ki, hücum zamanı PUA-lardan biri ildə təxminən 16 milyon ton neft emal etmək gücünə malik strateji müəssisənin ərazisini hədəfə alıb.
Məlumata görə, Yaroslavl Neft Emalı Zavodu əvvəlki hücumlara baxmayaraq fəaliyyətini davam etdirən və Moskva regionunun əsas yanacaq təchizatçılarından biri hesab olunurdu.
Bildirilir ki, bundan əvvəl Ryazan, Kstovo (Nijni Novqorod vilayəti) və Kapotnya (Moskva Neft Emalı Zavodu) müəssisələri də oxşar PUA hücumları nəticəsində fəaliyyətini dayandırmışdı. Kapotnya zavodu Moskvanın yanacaq tələbatının təxminən 40 faizini təmin edirdi.
17:08 16.07.2026
Oxunuş sayı: 51