Vuçiç Ukrayna sammitinin yekun bəyannaməsini imzalamayıb
Serbiya Prezidenti Aleksandar Vuçiç Kiyevdə keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" V sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, sənəddə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi, həmçinin Kiyevin Avroatlantik inteqrasiyasına dəstək çağırışları yer alıb.
Məlumata görə, Serbiya sammitdə iştirak edən ölkələr arasında yekun sənədi dəstəkləməyən yeganə dövlət olub.
17:19 16.07.2026
Oxunuş sayı: 50