Bəsrədə PUA hücumundan sonra İraqda neft yüklənməsi dayandırılıb
İraqın Bəsrə limanında tankerin pilotsuz uçuş aparatı (PUA) ilə vurulmasından sonra neft yüklənməsi müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, insidentdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və neft terminallarında yükləmə əməliyyatları dayandırılıb.
Hadisənin təfərrüatları və hücumun nəticələri ilə bağlı araşdırma aparılır. Hələlik zərərçəkənlər və ya dəymiş ziyan barədə rəsmi məlumat açıqlanmayıb.
16:59 16.07.2026
Oxunuş sayı: 54