İran səfiri: ABŞ Hörmüz boğazına nəzarət cəhdində uğursuzluğa düçar olub
İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani ABŞ-nin Hörmüz boğazına nəzarət etmək cəhdlərinin uğursuz olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Aşqabaddakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Ruzbehaninin sözlərinə görə, Hörmüz boğazı yenidən qlobal diqqət mərkəzinə çevrilib və hazırda İran qüvvələri ilə regional aktorların nəzarətində olan, uğrunda mübarizə aparılan strateji enerji dəhlizi kimi çıxış edir.
Səfir qeyd edib ki, Ağ evin bu mühüm su yoluna nəzarət etmək cəhdləri ABŞ üçün həm nüfuz, həm də resurs baxımından artan itkilərlə müşayiət olunur.
O bildirib ki, ABŞ-nin İrana qarşı yenidən zərbələr endirməsi ilə başlanan proses təhlükəli həddə çatıb və Vaşinqtonun mövcud reallıqları qəbul etmək istəməməsinə baxmayaraq, bu hadisələr ABŞ-nin Hörmüz boğazını idarə etmək və ona nəzarət etmək səylərinin faktiki iflasını göstərir.
17:13 16.07.2026
Oxunuş sayı: 55