Zelenski Müdafiə Nazirliyi ilə Baş Qərargah arasındakı gərginliyə münasibət bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında yaranmış fikir ayrılığına münasibət açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenski hərbi rəhbərliklə Müdafiə Nazirliyi arasında problemlərin mövcud olduğunu və bunun təkcə keçmiş müdafiə naziri Mixail Fedorovla Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasındakı şəxsi münaqişə ilə məhdudlaşmadığını bildirib.
Prezidentin sözlərinə görə, fikir ayrılıqları müxtəlif idarəetmə səviyyələrində müşahidə olunur.
"Mən çox istərdim ki, birlik olsun. Tərəflər buna nail ola bilmədilər. Bu, təkcə onların deyil, həm də mənim problemimdir. Elə ola bilməz ki, biri qalib gəlsin, digəri isə təkbaşına cavabdehlik daşısın. Biz birlikdə qalib gəlirik və birlikdə də məsuliyyət daşıyırıq", – deyə Zelenski vurğulayıb.
16:54 16.07.2026
Oxunuş sayı: 53