Zəngəzur dəhlizi ilə bağlı kritik mərhələ: Ermənistan sazişi məhkəməyə çıxardı
Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlıq sazişini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İyulun 16-da keçiriləcək hökumət iclasında Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında Çərçivə sazişinin ratifikasiyası barədə qanun layihəsi ilə bağlı hökumətin qanunvericilik təşəbbüsü təsdiqlənəcək.
Qeyd olunur ki, məqsəd beynəlxalq sazişdə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyənləşdirilməsidir.
Konstitusiya Məhkəməsi sazişdəki öhdəliklərin konstitusiyaya uyğun olduğunu təsdiqlədiyi halda, sənədin ratifikasiyası üçün qanun layihəsi müəyyən olunmuş qaydada Ermənistan Milli Məclisinə təqdim ediləcək.
Hökumətin Konstitusiya Məhkəməsində nümayəndəsi kimi Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan təyin olunacaq. Ona məhkəmədə tərəfin hüquqlarından istifadə etmək səlahiyyəti veriləcək.
20:38 15.07.2026
Oxunuş sayı: 61