Trampdan şok açıqlama: Putin sülh sazişinə hazırdır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda Ukrayna ilə bağlı sülh sazişi bağlamağa hazırdır.
Crossmedia.az xəbər verir ki, Tramp ˝Fox News˝ telekanalına müsahibəsində davam edən döyüşlərə baxmayaraq, Putinlə apardığı danışıqlara əsasən onun razılaşma əldə etməyə hazır olduğunu düşündüyünü deyib.
“Düşünürəm ki, o, saziş bağlamağa hazırdır”, – deyə Tramp Rusiya lideri ilə keçirdiyi görüş və danışıqları şərh edərkən bildirib.
19:40 15.07.2026
Oxunuş sayı: 54