Artan gərginlik fonunda İran illərlə davam edə biləcək müharibəyə hazırlaşır
İranın ali liderinin sabiq baş məsləhətçisi Məhəmməd Cavad Laricani ölkənin mümkün uzunmüddətli müharibəyə hazır olmalı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Laricaninin sözlərinə görə, İran üç-dörd il davam edə biləcək müharibə ehtimalına hazırlaşmalıdır. O, artan gərginlik fonunda ölkənin iqtisadi və müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sabiq müşavir İran rəhbərliyini mümkün təhlükələrə qarşı daha hazırlıqlı olmağa və müdafiə sahəsində dayanıqlığı artırmağa çağırıb.
19:08 15.07.2026
Oxunuş sayı: 61