Aİ ukraynalı hərbi yaşda olan şəxslərlə bağlı qaydaları sərtləşdirir
Avropa İttifaqı ukraynalı qaçqınlar üçün tətbiq edilən müvəqqəti müdafiə mexanizminin müddətini 2028-ci ilin mart ayınadək uzadıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bununla yanaşı, 2027-ci il martın 4-dən sonra ilk dəfə müraciət edəcək hərbi mükəlləfiyyət yaşında olan Ukrayna vətəndaşları əlavə şərtlərə əməl etməli olacaqlar. Belə ki, onlar Ukraynadan qanuni şəkildə çıxdıqlarını, hərbi xidmətdən azad olunduqlarını və ya hərbi öhdəliklərini yerinə yetirdiklərini təsdiqləyən sənədləri təqdim etməli olacaqlar.
18:44 15.07.2026
Oxunuş sayı: 55