Hakimiyyət müqabilində cinsi əlaqə ilə ittiham edilən çinli məmur partiyadan qovuldu
Çin Kommunist Partiyası ölkənin ən yüksək vəzifəli rəsmilərindən biri olan Ma Sinjruyu partiya sıralarından xaric edib.
Crossmedia.az xəbər verir ki, ˝The New York Times˝ nəşrinin məlumatına görə, o, korrupsiya, eləcə də hakimiyyət müqabilində cinsi əlaqə və pul müqabilində cinsi əlaqə kimi qanunsuz sövdələşmələrdə iştirak etməkdə ittiham olunur.
Sincan-Uyğur Muxtar Rayonunun sabiq partiya katibi Ma Sinjru Çin sədri Si Cinpinin həyata keçirdiyi genişmiqyaslı antikorrupsiya kampaniyası çərçivəsində vəzifəsini itirən üçüncü Siyasi Büro üzvü olub.
Uzun illər Çin siyasi elitasının ən perspektivli nümayəndələrindən biri hesab edilən Ma Sinjrunun vəzifədən uzaqlaşdırılması, Deng Syaopin dövründən bəri Siyasi Büroda aparılan ən genişmiqyaslı kadr təmizləməsinin tərkib hissəsi kimi qiymətləndirilir. Onun, eləcə də daha əvvəl vəzifədən uzaqlaşdırılmış hərbi rəhbərlər He Veydun və Jan Yusyanın çıxarılmasından sonra Siyasi Büronun tərkibində 21 üzv qalıb.
Ma Sinjru barəsində araşdırmaya bu ilin aprel ayında başlanılıb. Çin hakimiyyəti onun siyasi intizamı kobud şəkildə pozduğunu, rüşvətxorluqda, ailə miqyasında korrupsiyada, qanunsuz pul və bahalı hədiyyələr qəbul etməkdə, həmçinin qohumlarına güzəştli şərtlərlə daşınmaz əmlak əldə etməyə kömək etməkdə şübhəli bilindiyini açıqlayıb.
18:18 15.07.2026
Oxunuş sayı: 49