Braziliyalı döyüşçü Bakıdakı məğlubiyyətdən sonra UFC-dən uzaqlaşdırıldı
Braziliyalı MMA döyüşçüsü Mişel Pereyra UFC-nin rəsmi rosterindən kənarlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, qərar Pereyranın iyunun 27-də Bakıda keçirilən UFC Fight Night turnirində rusiyalı Şarabutdin Maqomedova (Şara Bullet) məğlub olmasından sonra qəbul edilib. Qarşılaşma hakimlərin yekdil qərarı ilə (29:28) Maqomedovun xeyrinə başa çatıb.
Döyüşdən sonra Mişel Pereyra referi Herb Dinin idarəçiliyini açıq şəkildə tənqid edib.
Hələlik UFC rəhbərliyi braziliyalı döyüşçünün təşkilatdan uzaqlaşdırılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.
17:56 15.07.2026
Oxunuş sayı: 61