Türkiyənin "Akıncı" PUA-sı Sudanda Çin istehsalı dronu vurdu
Türkiyənin "Akıncı" zərbə pilotsuz uçuş aparatı (PUA) Sudan səmasında Çin istehsalı olan CH-95 pilotsuz aparatını məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq müdafiə sahəsində ixtisaslaşmış mənbələr məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı "Akıncı" PUA-sı Çin istehsalı olan CH-95 pilotsuz uçuş aparatını havada vuraraq məhv edib.
Bildirilir ki, bu hadisə "PUA-ya qarşı PUA" formatında həyata keçirilən və uğurla nəticələnən ilk hava ələkeçirmə əməliyyatlarından biri kimi qiymətləndirilir.
Hadisə ilə bağlı Türkiyə və Sudan rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.
17:34 15.07.2026
Oxunuş sayı: 66