Rusiya Mərkəzi Bankı Əhməd Kadırovun 75 illiyi münasibətilə xatirə sikkəsi buraxacaq
Rusiya Mərkəzi Bankı Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun anadan olmasının 75 illiyi münasibətilə xatirə gümüş sikkəsi dövriyyəyə buraxacaq.
Crossmedia.az xəbər verir ki, sikkə iyulun 14-dən etibarən tədavülə çıxarılacaq.
Məlumata görə, nominal dəyəri 2 rubl olan gümüş sikkənin üzərində Əhməd Kadırovun portreti və Qroznı şəhərinin təsviri yer alacaq.
Xatirə sikkəsi 3 min ədəd tirajla istehsal ediləcək.
17:31 13.07.2026
Oxunuş sayı: 49