Böyük Britaniya SEPAH-ı terror təşkilatı elan edib
Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan olunmuş terror təşkilatları siyahısına daxil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sky News" Böyük Britaniyanın daxili işlər nazirinin müavini Anjela İqlin yazılı bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, SEPAH Böyük Britaniyada İran hakimiyyətinin tənqidçilərini hədələmək və qorxutmaq fəaliyyəti ilə məşğul olub.
Bununla yanaşı, Londonun yəhudi obyektlərinə hücumlara görə məsuliyyəti üzərinə götürən Ashab al-Yamin təşkilatı da qara siyahıya salınıb.
17:14 13.07.2026
Oxunuş sayı: 54