İran XİN: Körfəz ölkələrinə zərbə endirməmişik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran Fars körfəzi ölkələrinə deyil, yalnız ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.
Bəqainin sözlərinə görə, İran region ölkələrinə qarşı hər hansı hücum həyata keçirməyib.
"Biz regiondakı heç bir ölkəyə hücum etməmişik. İranın zərbələri yalnız ABŞ-ın regiondakı mövqelərinə yönəlib", – deyə XİN sözçüsü bildirib.
O əlavə edib ki, Tehran dəfələrlə region dövlətlərindən ABŞ-ın öz ərazilərindən İrana qarşı istifadə etməsinə imkan verməməyi xahiş edib.
17:13 13.07.2026
Oxunuş sayı: 47