Odessaya hava zərbəsi: avtobus parkı və nəqliyyat infrastrukturu zədələnib
Odessa şəhəri hava hücumuna məruz qalıb, nəticədə mülki avtobus parkı və nəqliyyat infrastrukturu zərər görüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində avtobus parklarından birinin ərazisində 6 avtobus tamamilə yanıb.
Bundan başqa, daha 11 avtobus və 6 minik avtomobili ciddi zədələnib.
Hücumun nəticələri ilə bağlı əlavə araşdırmalar aparılır. Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
17:05 13.07.2026
Oxunuş sayı: 35