Ömürlük həbs cəzası çəkən sabiq prezidentə daha 2 il həbs cəzası verildi
Cənubi Koreyanın Mərkəzi Seul Dairə Məhkəməsi sabiq prezident Yun Sok Yolu qanunsuz siyasi ianələrin alınmasında qismən təqsirli bilərək iki il müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, 2022-ci il prezident seçkiləri ərəfəsində bir sosioloji şirkət Yun Sok Yol və onun həyat yoldaşının maraqları naminə ümumi dəyəri təxminən 180 min ABŞ dolları olan ictimai rəy sorğularını ödənişsiz həyata keçirib.
İstintaqın versiyasına görə, şirkətin rəhbəri Men Te Gyun bunun müqabilində gələcəkdə müəyyən imtiyazlar əldə etməyə ümid edib.
Qeyd edək ki, Yun Sok Yol bu ilin fevralında başqa bir cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilib.
Prokurorluq həmin iş üzrə sabiq prezidentə ölüm hökmünün verilməsini tələb etsə də, Cənubi Koreyada ölüm hökmünün icrasına 1997-ci ildən moratorium tətbiq olunur.
16:18 13.07.2026
Oxunuş sayı: 55