Peskov: Rusiya Ukrayna PUA-larının Baltikyanı ölkələrin hava məkanından istifadə etdiyini sübut etməyəcək
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarının Baltikyanı ölkələrin hava məkanından keçdiyini sübut etməyə ehtiyac görmür.
Crossmedia.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Peskovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının haradan və hansı marşrutla hərəkət etdiyini izləmək imkanına malikdir.
Kremlin sözçüsü vurğulayıb ki, Moskva bu məsələ ilə bağlı əlavə sübutlar təqdim etməyi zəruri hesab etmir.
15:37 13.07.2026
Oxunuş sayı: 52