Rusiya MN: Bir gündə 926 Ukrayna PUA-sı vurulub
Rusiya son sutka ərzində Ukraynaya məxsus 926 təyyarə tipli pilotsuz uçuş aparatının məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Brifinqdə qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində 926 PUA-nı zərərsizləşdirib.
Nazirliyin məlumatına görə, Qara dəniz Donanması da sutka ərzində Ukraynaya məxsus bir pilotsuz kateri məhv edib.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, müharibə başlayandan bəri Ukraynaya məxsus 180 mindən çox pilotsuz uçuş aparatı vurulub.
Brifinqdə həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri son sutkada cəbhənin bütün istiqamətləri üzrə ümumilikdə 1 400-dən çox hərbçi itirib.
14:04 13.07.2026
Oxunuş sayı: 54