KİV: Əsir düşən bəzi afrikalı döyüşçülər Rusiyaya qayıtmaq istədiklərini bildiriblər
Ukraynada əsir düşən bir neçə Afrika ölkəsi vətəndaşı Rusiya ordusuna könüllü qoşulduqlarını və mübadilə nəticəsində yenidən Rusiyaya qayıtmaq istədiklərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin məlumatına görə, Konqo vətəndaşı, "Avatar" çağırış işarəli əsir bildirib ki, ailəsi Rusiyada yaşayır və o, əsir mübadiləsi yolu ilə geri qayıtmaq istəyir. Oxşar mövqeni Misir vətəndaşı, "Qahirə" çağırış işarəli döyüşçü də ifadə edib.
"Politico" qeyd edir ki, Rusiya Ukraynadakı müharibəyə Afrika qitəsinin 36 ölkəsindən təxminən 3 min nəfəri cəlb edib. Onlardan bəzilərinə əvvəlcə adi iş vəd olunsa da, sonradan cəbhəyə göndərildikləri bildirilir.
Nəşr vurğulayır ki, əsir götürülən bəzi Afrika vətəndaşları isə Rusiya ordusuna könüllü qoşulduqlarını və aldadılmadıqlarını iddia edirlər.
13:16 13.07.2026
Oxunuş sayı: 51