Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib
Avropa İttifaqı(Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketini Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşünədək razılaşdıra bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Kallasın sözlərinə görə, sanksiyalar paketi ilə bağlı yekun razılıq əldə olunmasa da, Avropa İttifaqı aralıq sanksiyalar çərçivəsində 250 nəfərin "qara siyahı"ya daxil edilməsini planlaşdırır.
O bildirib ki, Aİ üzv dövlətləri yeni məhdudiyyətlər paketi üzrə danışıqları davam etdirəcək.
12:41 13.07.2026
Oxunuş sayı: 61