Şəhidlərin qanı unudulur? – SEPAH-dan ağır ittiham
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, danışıqlar qrupunun bəzi üzvləri Ali Milli Təhlükəsizlik Şurasında düşmənin İran ərazisinə son hücumuna və bir sıra vətəndaşların həlak olmasına cavab verilməməsində israr edirlər.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın açıqlamasında qeyd olunub ki, bu mövqe ABŞ Prezidenti Donald Trampla sülh sazişinə yaxınlaşmaq arqumenti ilə əsaslandırılır.
Bəyanatda hərbi hücumlar, İran vətəndaşlarının həlak olması və yeni sanksiyalar fonunda belə bir razılaşmanın necə əsaslandırıla biləcəyi sual altına qoyulub.
23:12 11.07.2026
Oxunuş sayı: 67