İran qorxusu iddiasından sonra “The New York Times” jurnalistləri məhkəməyə çağırıldı
ABŞ hakimiyyəti “The New York Times” qəzetinin jurnalistlərinə məhkəməyə çağırış vərəqələri göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Buna səbəb nəşrin ABŞ Prezidenti Donald Trampın İranla bağlı təhlükəsizlik narahatlığı səbəbindən Türkiyədən qayıtdıqdan sonra təyyarəsini dəyişdiyini iddia edən məqaləsi olub.
Qəzet Tramp administrasiyasının jurnalistlərə qarşı atdığı bu addımı kəskin tənqid edərək, bunu mətbuat azadlığına təzyiq kimi qiymətləndirib.
“The New York Times” qəzetinin hüquq müşaviri Devid Makkrou bildirib ki, jurnalistlər həqiqəti işıqlandırır və Amerika ictimaiyyətinin hökumətin fəaliyyəti, eləcə də vergi ödəyicilərinin vəsaitinin necə xərcləndiyi barədə məlumat almaq hüququnu müdafiə edirlər.
Onun sözlərinə görə, jurnalistlərə qarşı bu addım onların fəaliyyətini qorxutmağa və ictimaiyyətin ölkədə baş verənlər barədə məlumat əldə etməsinin qarşısını almağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir.
23:02 11.07.2026
Oxunuş sayı: 64