Goranboyda uşaq həkimi dərmandan zəhərlənib
Goranboy Rayon Mərkəzi Xəstəxanasında çalışan uşaq həkimi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
16:05 11.10.2026
Oxunuş sayı: 50