Rusiya və Belarus hərbi təlimlərə başlayıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyanın da iştirak etdiyi “Sarsılmaz qardaşlıq-2026” birgə təlimləri Belarusun Vitebsk şəhərində başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarusun “BELTA” agentliyi məlumat yayıb.
Vitebskdəki Qələbə meydanında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin komanda-qərargah təlimlərinin açılış mərasimi keçirilib. Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan hərbi kontingentlərinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları sovet hərbçilərinin, partizanların və yeraltı müqavimət hərəkatı üzvlərinin şərəfinə ucaldılmış memorial kompleksə gül dəstələri və əklillər qoyublar.
Bundan başqa, Belarusun Minsk vilayətində yerləşən “Starodorojsk” poliqonunda KTMT-nin “Baryer-2026” təlimlərinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, sentyabrın 27-də Rusiyada da KTMT-nin hərbi təlimləri başlayıb. Çebarkul poliqonunda keçirilən mərasimdə təşkilatın Birləşmiş Qərargahının rəisi, general-polkovnik Andrey Serdyukov, KTMT baş katibinin müavini Mirlan Turğunbekov və hərbi kontingentlərin rəhbərləri iştirak ediblər.
14:41 11.10.2026
Oxunuş sayı: 68