Qazaxda sükanı arxasında ölüm hadisəsi baş verib
Qazaxda 73 yaşlı Gürcüstan vətəndaşı idarə etdiyi yük avtomobilində ölü tapılıb. İlkin məlumata görə, onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(Apa)
15:53 11.10.2026
Oxunuş sayı: 52