Makronun reytinqi rekord həddə düşüb
Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstək səviyyəsi 15 faizə enib. Bu, onun 2017-ci ildə prezident vəzifəsinə başlamasından bəri qeydə alınan ən aşağı göstəricidir.
Crossmedia.az xəbər verir ki, bu barədə “La Tribune Dimanche” nəşri üçün “Ipsos BVA-CESI” tərəfindən keçirilən sorğunun nəticələrində bildirilib.
Sorğunun nəticələrinə görə, Fransa vətəndaşlarını ən çox narahat edən məsələlər arasında alıcılıq qabiliyyətinin azalması, sosial müdafiə sisteminin gələcəyi, eləcə də dövlət borcu və büdcə kəsiri yer alır.
13:50 11.10.2026
Oxunuş sayı: 76