Pakistanda Seçki Komissiyasının yüksək vəzifəli rəsmisi öldürülüb
Pakistanın Seçki Komissiyasının baş direktoru Şamşad Əxtər ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində silahlı hücum nəticəsində öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin Cənubi Vəziristan bölgəsi yaxınlığında yerləşən Tank rayonunda baş verib. Naməlum silahlı şəxslər rəsmiyə atəş açıb və o, aldığı güllə yaralarından həyatını itirib.
Pakistan rəsmiləri hadisəni terror hücumu kimi qiymətləndiriblər.
14:15 11.10.2026
Oxunuş sayı: 56