Səna atəşkəs üçün Səudiyyə Ərəbistanına şərt qoyub
Səudiyyə Ərəbistanı Yəməndə Səna ilə atəşkəsə nail olmaq məqsədilə Çindən danışıqlarda rəsmi vasitəçi kimi çıxış etməsini istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yəmən mənbələri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ər-Riyad Pekinə Yəməndə Səna ilə atəşkəsə razılaşmağa hazır olduğunu bildirib. Təklif hərbi əməliyyatların, o cümlədən hava hücumlarının dayandırılmasını nəzərdə tutur.
Məlumatda qeyd olunur ki, Səna atəşkəs elan edilməzdən əvvəl Ər-Riyadın sülhlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini şərt kimi irəli sürüb.
Tərəflər arasında mümkün razılaşmanın detalları və danışıqların nə vaxt keçiriləcəyi barədə hələlik əlavə məlumat verilməyib.
14:57 11.10.2026
Oxunuş sayı: 51