Rusiyanın liderlərə sui-qəsd planı üzə çıxdı - siyahıda kimlər var?
Rusiya Avropanın iri müdafiə sənayesi şirkətlərinin rəhbərlərinə qarşı sui-qəsdlər hazırlayır. Məqsəd Ukraynaya dəstəyi zəiflətməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, beş Avropa ölkəsinin kəşfiyyat xidmətləri Kremlinin təxribat və hibrid əməliyyatlarını genişləndirdiyi barədə xəbərdarlıq edib. Təhlükə yalnız iri müdafiə şirkətlərinin rəhbərlərini deyil, həmçinin dronlar və onların komponentlərini istehsal edən kiçik müəssisələrin əməkdaşlarını da əhatə edir.
Bildirilib ki, bəzi şirkət rəhbərlərinin mühafizəsi artıq gücləndirilib. Almaniyada isə xüsusi xidmət orqanları müdafiə sənayesi şirkətlərinə özəl mühafizə qruplarının xidmətlərindən istifadə etməyi tövsiyə edir.
Avropa kəşfiyyat qurumlarının qiymətləndirməsinə görə, bu əməliyyatların məqsədi yalnız insanları fiziki cəhətdən aradan götürmək deyil, həm də qorxu yaratmaqdır. Məqsəd biznes nümayəndələrini Ukrayna ilə əməkdaşlıq etməzdən əvvəl iki dəfə düşünməyə vadar etməkdir.
14:10 11.10.2026
Oxunuş sayı: 58