Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Samux rayonunda evdən kişi meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu məlumat yayıb.
Rayon sakini, 1987-ci il təvəllüdlü X. Abdullayevin meyiti yaşadığı evdə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
16:32 29.11.2026
Oxunuş sayı: 149