Uşakov Almaniya XİN rəhbərinin açıqlamasını şübhə altına aldı
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Rusiya ilə qarşıdurmaya dair açıqlamasını tənqid edib və onun bu bəyanatı hansı vəziyyətdə səsləndirdiyini sual altına alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Vesti" telekanalının jurnalisti Pavel Zarubin Uşakovla söhbəti zamanı məlumat verib.
Uşakov bildirib ki, xarici işlər nazirinin belə ifadələr işlətməsi ən azı qeyri-adi haldır.
Qeyd edək ki, bundan əvvəl Yohann Vadeful Avropada sülh və sabitliyin Rusiya ilə birlikdə deyil, ona qarşı mümkün olduğunu bəyan edib. O, bu mövqeyini “ayıq təhlil” adlandırıb.
16:17 29.11.2026
Oxunuş sayı: 129