Göygöldə avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu məlumat yayıb.
Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
16:37 29.11.2026
Oxunuş sayı: 128