Google süni intellekt modelləri üçün SpaceX-dən daha çox hesablama gücü icarəyə götürə bilər
SpaceX şirkətinin baş icraçı direktoru İlon Mask Google şirkətinin süni intellekt modellərinin hazırlanması və fəaliyyəti üçün SpaceX-dən daha çox hesablama gücü icarəyə götürməkdə maraqlı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, İlon Mask bu barədə ABŞ-nin X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Belə ki, bir istifadəçinin Google şirkətinin Anthropic də daxil olmaqla digər süni intellekt şirkətləri ilə müqayisədə SpaceX-dən daha çox hesablama gücü ala biləcəyinə dair paylaşımına cavab verən Mask, kimin daha çox resurs alacağından əmin olmadığını bildirib.
O, Google şirkətinin SpaceX-dən daha çox hesablama gücü icarəyə götürməkdə maraqlı olduğunu ifadə etdiyini qeyd edib.
Məlumata görə, kosmik tədqiqatlar və süni intellekt sahələrində fəaliyyət göstərən SpaceX digər şirkətlərə hesablama gücü icarəyə vermək məqsədilə yeni məlumat mərkəzləri inşa edərək infrastrukturunu genişləndirir.
Qeyd edək ki, Google və SpaceX arasında süni intellekt sahəsində hesablama resurslarının təmin edilməsinə dair çoxillik əməkdaşlıq müqaviləsi mövcuddur. Reuters-in məlumatına əsasən, müqavilə təxminən 110 min Nvidia qrafik prosessorunu və digər hesablama infrastrukturunu əhatə edir.
22:30 29.11.2026
Oxunuş sayı: 118