Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I təsnifat raundunda ikinci matçına çıxıb.
"Crossmedia.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan kollektiv II turda Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 4-cü meydançasında təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk qarşılaşmada Serbiyaya 0:3 hesabı ilə uduzan komanda qrupdakı son oyununu dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.
16:03 29.11.2026
Oxunuş sayı: 149