PSJ qələbə seriyasını 9 oyuna çatdırıb
Fransa Liqa 1-in 12-ci turunda PSJ doğma meydanda “Lorient”i 2:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin qollarını 32-ci dəqiqədə Senny Mayulu, 67-ci dəqiqədə isə Usman Dembele vurub.
Bu qələbə ilə lider PSJ ardıcıl 9-cu dəfə meydanı üç xalla tərk edib və xallarının sayını 29-a çatdırıb. “Lorient” isə 16 xalla kifayətlənib.
Növbəti turda PSJ səfərdə “Tuluza”nın, “Lorient” isə “Strasburq”un qonağı olacaq.
14:58 29.11.2026
Oxunuş sayı: 148