Aİ pandemiya borcunun ödənilməsini təxirə sala bilər
Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası dövründə yaranmış borcun qaytarılması müddətini uzatmağı nəzərdən keçirir. Bu addım quruma 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı üzv dövlətlər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, borcun ödənilməsinin təxirə salınması Aİ-nin növbəti yeddiillik büdcəsinin razılaşdırılması prosesini asanlaşdıra bilər. Hazırda üzv dövlətlər büdcənin həcmi və vəsaitlərin bölüşdürülməsi məsələlərində ciddi fikir ayrılığı yaşayırlar.
Avropa İttifaqının növbəti büdcəsi 2028–2034-cü illəri əhatə edəcək. Tərəflər arasında razılığın əldə olunması üçün borc ödənişlərinin qrafikinin dəyişdirilməsi mümkün variantlardan biri kimi nəzərdən keçirilir.
16:13 29.11.2026
Oxunuş sayı: 135