Daşkənddə Azərbaycan jurnalistləri üçün mediatur təşkil olunub
Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Özbəkistana səfər edən Azərbaycan jurnalistləri üçün npyabrın 29-da Daşkənddə mediatur təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Mediaturun məqsədi Özbəkistan paytaxtının zəngin tarixi, mədəniyyəti və memarlıq irsini Azərbaycan mediasının nümayəndələrinə yaxından tanıtmaqdır.
Proqram çərçivəsində jurnalistlər Daşkəndin görməli məkanları ilə tanış olub, şəhərin tarixi və memarlıq simasında xüsusi yer tutan Forumlar Sarayını, “Özbəkistan” hotelini, Əmir Teymurun şəhərin mərkəzində ucaldılmış abidəsini, tarixi Çorsu bazarını və Əmir Teymur Muzeyini ziyarət ediblər.
Adıçəkilən məkanlar və abidə haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.
21:44 29.11.2026
Oxunuş sayı: 111