Rusiya Qara dənizdə Ukraynaya məxsus gəmini vurdu
Rusiya ordusu Qara dəniz akvatoriyasında Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan quru yük gəmisinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, hücum zamanı Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yükləri daşıyan quru yük gəmisi hədəf alınıb.
Rusiya Müdafiə Nazirliyi hadisənin təfərrüatları və mümkün itkilər barədə əlavə məlumat verməyib.
18:25 29.11.2026
Oxunuş sayı: 156